Bu maraqlıdır!

İslandiyanın Qara Çimərliyi

İslandiya - təbiətin real möcüzələri ilə dolu bir ölkədir. İslandiyanın cənub hissəsində, Dirholay burnu, Vik kəndinin yaxınlığında yerin ən qeyri-adi, sirli qara çimərliyi “Vik” yerləşir. Adından da bilindiyi kimi çimərlikdə qum qara rəngdədir. 


Sərt və soyuq relyefdə yerləşən çimərliyin qara qumu çox təmizdir. Burada bir çöp də tapmaq olmur. İnsan bu ərazini çirkləndirmir. Çünki burada il ərzində yağışlı hava müşahidə olunur. Nəmlik və yüksək rütubət olduğundan da bura baş çəkən az olur. 


Çimərliyin qeyri-adi görünüşü kino dünyasında da məşhurdur, çünki bura fantastik kinoların çəkilişi üçün çox əlverişli məkandır.