Nağıllar, hekayələr

Ağaoğlu Mirkazım. "Dovşanın yaxşılığı"

Bir tülkü var idi. Bu tülkü çox ac və susuz idi. Onun birdən burnuna qəşəng ət qoxusu gəldi. O, qoxuya sarı getdi. Tülkü birdən gördü ki, o qoxu dovşandan gəlir. O, tez qaçıb dovşanın qabağında özünü ölülüyə vurdu. Dovşan bilmirdi ki, tülkülər hiyləgərdir. Dovşan tülküyə yaxınlaşdı, tülkü isə tez durub onu yemək istədi, amma dovşanın dostu onu oradan çəkib evinə apardı və ona dedi: 
-Heç bilmirsən ki, tülkülər hiyləgərdir? 


Dovşan dedi: 
-Yox, bəyəm tülkü hiyləgərdir ki?
Dovşan dedi: 
-Hə, tülkülər təhlükə hiss etdikdə və acanda özünü ölülüyə vurur. 
Dovşan dedi: 
-Çox sağ ol, dostum.
-Dəyməz, dostum. Onlar gülüb bir-birini qucaqladılar. 


(Ağaoğlu Mirkazım - Bakı Slavyan Universitetinin nəzdindəki liseyin ikinci sinif şagirdi)