Təbiət

Uzunsaqqal Çətir quşu

Uzunsaqqal Çətir quşu (long-wattled umbrellabird-Cephalopterus penduliger) kotinga fəsiləsinə aid bir quş növüdür. Kolumbiyanın cənub-qərb hissəsindən Ekvadorun El Oro bölgəsinə və Tumbes-Choco-Magdalena bioregionuna xas bir quş növüdür. 

 

Dəniz səviyyəsindən 1500-1880 m yüksəklikdə dağlıq meşələrdə yaşayırlar. Digər adları "Pájaro Bolsón", "Pájaro Toro", "Dungali" və "Vaca de Monte” dir. Erkəkləri 40-42 sm, dişilər isə onlardan bir az kiçik 35-37 sm uzunluqdadır. Hər iki fərdin quyruqları balacadır, önə doğru əyilən pipikləri vardır. Pipiklər erkəklərdə daha uzun 20-30 sm-dir. Erkəklərin boğazlarından lələklərdən yaranmış uzun saqqal var. Dişilərdə və cavanlarında isə ya ümumiyyətlə yoxdur, ya da çox kiçikdir. Bu quşlar uçuş zamanı saqqallarını idarə edə bilir və geriyə doğru çəkirlər. 


Uzunsaqqal Çətir quşunun xüsusi adı “penduliger ”, latın dilində "pendulus" sözündən yaranıb mənası asmaq, asılı və asma deməkdir. Saqqal asılı vəziyyətdə olduğu üçün birbaşa ona aid edilir. 

 

Meyvəyeyən quşlardır və böyük meyvələri yeyirlər. Amma bəzən onurğasız və kiçik onurğalı heyvanları da yeyə bilirlər. Yalnız bir yumurta qoyurlar. Yuvanın qayğısına ancaq dişilər qalır. Təbiəti qoruyan Beynəlxalq Birlik bu quşları həssas olaraq qeydə alıb.