Şeirlər

Sədi Şirazi. “Ata nəsihəti”

Biri övladına verdi nəsihət: 
– Ağıllı sözlərə eylə sən diqqət! 
Gücsüz uşaqları incitmə, bala, 
Sən də bir güclüdən çəkərsən bəla. 
Olsan xalqa ziyan verən canavar, 
Gün gələr, səni də pələng parçalar. 
Vardı uşaqlıqda qolumda qüvvət, 
Acizlər çəkirdi məndən əziyyət. 
Bir gün bir güclüdən yumruq yedim mən, 
Bir də zəifləri incitmədim mən.