Xəbərlər

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili noyabrın 16-dan 20-dək olacaq.


Bakı şəhəri üzrə təhsil idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədris ilinin 5 günlük növbəti - qış tətili isə 2019-cu il yanvarın 27-dən 31-dək olacaq. 


Qeyd edək ki, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.