Bu maraqlıdır!

Təbiətin möcüzəsi: “Nəhənglərin yolu”

“Nəhənglərin körpüsü” adı ilə tanınan “Nəhənglərin yolu” Şimali İrlandiya sahili boyunca daş sütunların kütləvi toplusundan ibarət olan təbiət möcüzəsidir. Nəhənglərin yolu - vulkan püskürməsi nəticəsində yaranmış on minlərlə bazalt sütununun bir-biri ilə birləşdiyi unikal sahilyanı ərazidir. Sütunlar sudan səmaya ucalır. Sütunların yuxarı hissəsi formasına görə tramplini xatırladır. 


Sütünların bir çoxu altıbucaqlıdır, bəziləri isə dörd, beş, yeddi və səkkiz bucaqdan ibarətdir. Ən hündür sütun on iki metrdir. Bu sahədə bir-biri ilə birləşmiş 40 000 yaxın sütun vardır.


Şimali İrlandiyanın şimal-şərqində, Buşmils şəhərindən (İrlandiya viskisinin hazırlandığı şəhər) 3 km şimalda yerləşir. Ərazisinin keçdiyi yol və Kozvey-Kost sahili 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edildi, 1987-ci ildə isə Şimali İrlandiyanın ətraf mühit departamentinin milli qoruğu elan olundu.


Nəhənglərin yolunun sadəcə ölçüləri deyil, həmçinin yaranması ilə bağlı sirli əfsanələri də heyrətləndirir. İrlandaların qeyri-adi yolun yaranması ilə bağlı maraqlı əfsanəsi vardır.


Əfsanəyə görə, günlərin bir günü irland mifologiyasının qəhrəmanı olan döyüşçü Fin Mak Kumalo Xoll adlı birgözlü nəhənglə rəqabət aparmaq arzusunda idi. Xoll dənizin qarşı sahilində yaşayırdı. Finn həmin sahilə keçmək və ayaqlarını islatmamaq üçün körpü tikməyi qərara aldı. O qılıncı ilə daş sütunlarını yonub dənizin dibində cərgəli şəkildə bərkidirdi. Yorulduğu zaman o, dincəlmək üçün bir qədər uzanıb elə həmin yerdə də yuxuya getdi.


Həmin vaxt güclü rəqib tikilmiş körpü vasitəsilə özü onun yanına gəldi. Lakin onlar bir-biri ilə yarışa bilmədi. Buna səbəb isə Finnin həyat yoldaşının işlətdiyi hiylə idi. Qadın yatan Finni divə körpə oğlu kimi təqdim etdi. O divə həyat yoldaşını gözlədiyini söyləyərək, Xolla içində qaynar tava olan çörəkləri təklif etdi. Finn oyandığı zaman həyat yoldaşı ona eyni çörəklərdən verdi, lakin bu dəfə onların içində isti tava yox idi. İçində qızdırılmış dəmir olan çörəkləri körpənin sürətlə yediyini görən nəhəng çox qorxdu. O, bu cür körpənin atasının necə güclü olduğunu təsəvvürünə gətirdi. Beləliklə, Xoll arxasına baxmadan geri qaçmağa başladı. Finn tərəfindən tikilən körpü onun var gücü ilə atdığı ağır addımlara dözməyərək dağıldı.


Nəhənglərin körpüsünün yalnız ön hissəsi günümüzədək gəlib çatıb. Həmin körpü altıbucaqlı bazalt sütunlarından ibarət olub YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olundu. Eyni zamanda o dünyanın möcüzələrindən biri kimi sayılır. Həqiqətən də, Nəhənglərin körpüsünü canlı şəkildə görən insan onun sadəcə təbii hadisənin nəticəsi deyil, möcüzə olduğuna inanmaq istəyir.