Görkəmli şəxsiyyətlər

Ernest Seton-Tompson

XX əsrin ən böyük sənətkarlarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton-Tompson 1860-cı il avqustun 14-də İngiltərənin Saut Şilds şəhərində anadan olub, lakin 6 il sonra ailəsi Kanadaya köçüb. Atası fermer idi, və gənc oğlan tez-tez vaxtını meşədə qardaşları ilə oynamaqla keçirərdi. Gözəl mənzərə, təmiz hava, heyvanlar, quşlar və ovçuluq sənəti uşaqlıqdan yazıçının gələcək nailiyyətlərinə müsbət təsir etmişdi.


Seton - Tompson yalnız bir yazıçı deyildi, o, eyni zamanda istedadlı bir rəssam idi. 1896-cı ilə qədər o, 19 yaşında Torontodakı İncəsənət Kollecini bitirdikdən sonra London, Paris, Nyu York incəsənətini öyrənməyə başladı. 


Seton-Tompsonun, demək olar ki, hər hekayəsi qəhrəmanlıq hisləri və əməllərinin əks olunduğu bir heyvanın, ya da bir quşun həyəcanlandırıcı həyat hekayəsidir. Yazıçı təbiətə sevgisi ilə oxucu qəlbini birdəfəlik fəth etdi. Ernest Seton-Tompsonun “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”nə “Balaca vəhşilər”, “Mənim həyatım” romanları və bir çox hekayələri daxil edilmişdir.
Yazıçı meşələrin, dağların, çöllərin gözəlliyi ilə birgə qəddar tərəfini də görsətməyə heç də qorxmurdu. O öz qəhrəmanlarını çox  sevirdi. Hətta onun baş qəhrəmanları (heyvanlar) tez-tez hekayənin sonunda belə ölür. Yazıçı həyatın həqiqətinin görsətməyə çalışırdı.

 

 


Vəhşi heyvanların cahil şəkildə məhv edilməsini dayandırmaq məqsədi ilə Seton-Tompson Kanadada "Meşə Araşdırmaları Liqası" təşkil etdi, məqsəd gənclərin təbiəti daha yaxşı öyrənib, heyvanları qoruması idi.


Seton - Tompson heyvanların real tərcümeyi-hallını yaratdı, əsərlərində onları insanların yanında qoydu. Yazıçı hər bir heyvanı qiymətli miras kimi bilirdi. Bütün həyatı boyunca quşların və heyvanların həyatını, dilini öyrənməyə çalışırdı.


Seton-Tompson 3 sentyabr 1946-cı ildə 86 yaşında dünyasını dəyişib.