Təbiət

Hər dəqiqə dünyada 6 min ildırım çaxır

İldırım – atmosferdə olan nəhəng elektrik boşalmasıdır. Adətən leysan zamanı baş verir, parlaq işıq şəklində və göy gurultusu ilə müşayiət olunur. Bu zaman yaranan şiddəti 10-100 min amperə qədər, gərginlik isə on milyondan milyard volta  qədər ola bilir. 
 
Hər dəqiqə dünyada 6000 ildırım çaxır. İldırım daha çox buludlarda yaranır, və ona şimşək deyilir. Həmçinin vulkan püskürtmələri, tornado və toz fırtınası zamanı ildırım çaxır. Orta şiddətli ildırımın uzunluğu 9.5 kilometrə, hərarəti 27.771 dərəcəyə çatır. Bu, Günəş səthindəki temperaturdan daha yüksəkdir. 
 
1989-cu ildə ildırımın elf adlı növü aşkarlanıb. Elf atmosferin yuxarı qatlarında yaranır. O, nəhəng, 400 kilometr diametrə malik konus formalı işıq saçan ildırımdır. Əsasən tufan buludlarının yuxarı hissəsində yaranırlar. Elflərin hündürlüyü 100 kilometrə qədər, uzana bilər.
 
1995-ci ildə yuxarı atmosferdə djet adlandırılan başqa bir ildırım növü kəşf olunub. Bu boru-konus şəklində göy rəngə çalan ildırımdır. Uzunluğu 40-70 kilometrə qədər olur və elfə nisbətən daha uzun sürür. 
 
Yunanların inancına görə, ildırım dənizdə çaxanda mirvari yaranır. Adətən ildırım daha çox palıd ağaclarına düşür. Bunun mifoloji açıqlaması var: palıd qədim yunanların ildırım allahı Zevsin ağacı olub. 
 
İldırım insan tələfatına da səbəb ola bilir.