Təbiət

İlan təqlidi edən tırtıl

Hemeroplanes triptolemus sinfinə aid güvə növüdür. Sinə və qanadları pulcuqlarla örtülüdür. Gül nektarları ilə bəslənə bilmək üçün xortumları var. Həm dişi, həm erkəklərinin ömrü uzundur. 10 və 30 gün aralığında yaşayırlar. Dişilər şəffaf-yaşıl rəngdə yumurtalar qoyur. Yumurtanın böyüməsi 3 ilə 21 gün arasında dəyişir. Yumurtadan çıxma zamanları ildə iki dəfə- yanvar-fevral və iyun-iyul aylarındadır. Bu güvələrin maraqlı xüsusiyyəti isə tırtıl olduqları dövrlərdir. Belə ki, tırtıl zamanlarında bədən seqmentləri və göz çuxurları ilə ilanı tam şəkildə təqlid edərlər. 

 

Hemeroplane tırtıllarına Cənubi Amerika, Afrika və Mərkəzi Amerikanın bir çox yerində rast gəlmək mümkündür.  Normal şəraitdə adi tırtıllardan görünüşünə görə heç bir fərqi yoxdur.  Ancaq təhlükə altında olduqda sürətli şəkildə dəyişərək, möcüzəvi bir formada ilan görkəmi alır. Əslində çox zərərsiz olan bu canlılar təqlid etmə qabiliyyətlərini daha da inandırıcı etmək üçün düşmənlərini sancacaqmış kimi hücum etmə hərəkəti nümayiş etdirər. İlanlar kimi zəhərli olmasalar da, bu cəhdləri onları təhdid edən canlıları qorxutmağa kifayət edir. Hemeroplanes tırtılının göstərdiyi ilan görüntüsü və hücum texnikasından heç bir xəbər olmasa da, təkamülçülər bu təqlid qabiliyyətinin mərhələ-mərhələ inkişaf etməyəcək qədər mükkəmməl olduğunu deyirlər.