Afişa

“Cırtdan nağıllar aləmində” adlı ailəvi Yeni il şousu təqdim olunacaq

22 dekabr-6 yanvar tarixlərində “Cirtdanshow” un təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Cırtdan nağıllar aləmində” adlı Yeni il ailəvi meqa-şousu təqdim olunacaq.

 

Bu şoudan yalnız uşaqlar deyil, böyüklər də zövq alacaq. Şounun qəhrəmanları ilə birgə sehrli sərgüzəştlərin şahidi olmaq, qəhrəmanlara qarşılaşdıqları çətinliklərdə kömək etmək sizə xoş anlar yaşadacaq.

 

Ailəvi meqa şouda siz 300-ə qədər xüsusi hazılanmış kostyumlar, 120-ə yaxın hava elementləri, 80 rəqqas, aktyor və kəlləçarxçılarla tanış olacaqsınız.

 

3 yaşdan 10 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuş şounun seansları 12:00, 15:00 və 18:00-dır. 

 

Biletləri şəhərin kassalarından və iticket.az sayından onlayn əldə edə bilərsiniz.

 

Qeyd edək ki, proqramdan əldə olunan gəlir Talessemiya mərkəzinə köçürüləcək.