Nağıllar, hekayələr

Əkinçi və canavar

Bir əkinçi bütün günü işləyib yorulmuşdu. Odur ki sərin bir yerdə oturub çörək yeyirdi. Ondan bir az aralıda isə bir canavar maraqla əkinçiyə tamaşa edirdi. Əkinçi çörəyi elə iştahla yeyirdi ki, canavarın ağzı sulanırdı. Canavar əkinçiyə yaxınlaşıb soruşdu:


– Adam qardaş, nə yeyirsən?


– Çörək, – deyə əkinçi cavab verdi.


- Çörək nədir. Mən heç çörək yeməmişəm. Ondan mənə də verərsənmi.


Əkinçi çörəkdən bir parça kəsib canavara verdi. Canavar çörəyi yedi, ağzı dada gəldi. Dedi:


– Bəh-bəh, nə dadlıdır! Kaş mən də hər gün çörək yeyəydim. Əkinçi dedi:


– Nə olar, taxıl ək, becər, istədiyin qədər də çörək ye. Əkinçinin sözləri canavarın xoşuna gəldi. Kişidən xahiş etdi ki, taxıl yetişdirməyi ona da öyrətsin. Əkinçi razı oldu. Dedi:


– Əvvəlcə yeri şumlamaq lazımdır…


– O saat çörək olacaq? – deyə canavar əkinçinin sözünü kəsdi.


– Yox! Arxasına qulaq as. Torpağı şumladıqdan sonra onu yumşaltmaq, daş-kəsəkdən təmizləmək lazımdır…


– Bundan sonra çörək olar, hə?


– Tələsmə! Payızda toxumu səp. Qışda toxum qarın altında qalacaq. Yazda taxıl göyərəcək. Ona su ver, alaq otlarından təmizlə, quşlardan qoru. Yayda isə…