Bu maraqlıdır!

Şokolad təpələri. Filippin

Şokolad təpələri Filippinin Bohol əyalətində sayı 1500-ə yaxın olan əhəngdaşı kurqanlarıdır. Təpələr adətən yaşıl ot ilə örtülü olur, quru mövsüm zamanı isə sahə tünd-qəhvəyi rəngə çevrilir. Bu səbəbdən də təpələr “Şokolad təpələri” adlanır.


Üstü hamar olan təpələrin hündürlüyü 50 metrdən 150 metrə çatır. Təpələr ümumi 50 kvadrat kilometr sahəni əhatə edir. 


1988-ci ildə Şokolad Təpələri Filippinin üçüncü Milli Geoloji Abidəsi elan edilib.  YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi nəzərdə tutulur.


Şokolad təpələrinin mənşəyi hələ də dəqiqləşdirilməyib. Məşhur dünya alimlərinin bu mövzuda fikirləri fərqlidir. Bəziləri təpələrin qeyri-adi bir formada olmasının səbəbini məhz aktiv vulkanların fəaliyyəti ilə izah edir, digərləri isə təpələri mərcan çöküntülərinin məhsulu hesab edirlər. Bu barədə hələ dəqiq bir razılığa gəlinməyib.

Yerli əhali isə təpələrin yaranma səbəbini müxtəlif: sevgi, müharibə, nəhənglər haqqında əfsanələrlə əlaqələndirilər.