Təbiət

Müxtəlif növ həşəratlar

Mayböcəyi - sürfə və pup şəklində iki il yerin altında yaşayır. Bitkilərin köklərini və soğanaqlarını yeyir. Mayböcəyi may ayında görünür. Axşamüstü torpaq yuvasından çıxır, meyvə ağaclarının yarpaqlarını yeyir. Mayböcəyi bir neçə həftə yaşayır.


Cırcırama - Alabəzək cırcırama çox gözəldir. O, suya yaxın yerlərdə yaşayır. Zərif və cəlddir. Uça-uça həşəratı havada tutur. Sulardakı çömçəquyruq və sürfələrlə qidalanır. Cırcırama ovunu qüvvətli qabaq ayaqları ilə tutur, parçalayıb yeyir. Ova şığıyıb hücum etməsinə görə cırcıramaya kəpənəklər aləminin çalağanı deyirlər.

 

Eşşəkarısı - adi arıya bənzəyir. Rəngi bir az açıqdır, az yaşayır. Ana arının ömrü daha az olur. Bu arılar cücü və ət yeyir. Torpaqda ana arı ağac ovuntusundan kiçik şanlar qurur və hərəsinə bir yumurta salır. Bundan başqa cücülərin sürfələri üstünə yumurtalar salır, onları çəkib yuvasına gətirir.


İpəkqurdu - İnsanlar ipəkqurdunu qədim zamanlardan tanıyırlar. Əvvəllər özü qidalanırmış. İndi isə bəslənir. Qurd tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.


Sisək - bizim çöllərdə də çox yayılmış həşəratlardandır. O, rütubətli, ancaq günəşli yerdə yaşayır. Özü üçün torpaqda yuva qazır, ayaqlarını cırıldadır, bu onun nəğməsi hesab olunur. Sisək ot, dən, həşərat yeyir. Erkək sisəklər dişiləri uğrunda bir-birilə kəskin mübarizə aparırlar.


Atəşböcəyi - Yay gecələrində çəmənlərdə çoxlu parıldayan işıqlar görünür, bunlar atəşböcəyidir. Atəşböcəyi ilbizlərin üstünə zəhərli maddə çiləyir, öldürüb yeyir. Sonra da ilbizin yuvasına girir. Braziliyada olan atəşböcəklərdən yerlilər batareyalı cib fanarı kimi istifadə edirlər. Atəşböcəyinin işığı onun bədənində gedən kimyəvi proseslə bağlıdır.