Bu maraqlıdır!

Dünyanın ən soyuq kəndi

Dünyanın ən soyuq kəndi Rusiya ərazilərində, Şimal Qütb dairəsindən 350 kilometr cənubunda yerləşən Oymyakon kəndidir.  Oymyakonda qış aylarında havanın temperaturu -52-70 arasında dəyişir.
1926-cı ilın qışında burada -71,2 dərəcə şaxta qeydə alınıb.


Günəş şüalarının dondurucu duman təbəqəsini dəlib keçməkdə belə çətinlik çəkdiyi kənddə bu gün təxminən 500 nəfər yaşayır. Sərt şaxtalara görə yerli əhali tualetləri evdən kənarda tikirlər.
Bitki məhsullarının yetişmədiyi kənddə, marketlərin piştaxtaları balıq və ət məhsulları ilə doludur. Burada avtomobilləri yalnız qarajlarda işə salmaq mümkündür. Maşınlar yollarda söndürülmədən işlədilir. Əgər maşınların mühərrikləri söndürülsə, yəqin ki, sərt şaxtaya görə, mühərriki yenidən işə salmaq mümkün olmayacaq.
Rusiyanın Şimal Qütbünə ən yaxın kənd olan Oymyakonun adı yerləşdiyi mövqeyinə daha uyğundur. Rus dilində "Donmayan su" mənasını verən bölgəyə 1930-cu illərə qədər maral sürülərinin su ehtiyaclarını təmin etmək üçün gəldiyi bildirilir.


Ancaq sovet hökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən, günlərin uzunluğunun qışda üç saat, yayda isə 21 saat arasında dəyişən bu bölgədə bir yaşayış məskənin olmasına qərar verir. O, illərdə qaçqınların yerləşdirildiyi kənddə, bu gün təxminən 500 nəfər yaşayır.
Yerli camaat, yuduğu paltarları asdıqda paltarların donma problemiylə qarşı-qarşıya qalır.


Oymyakonda qışda günəş yalnız 3 saat səmada qalır. Sinoptik Burtsev, hava vəziyyəti təxmin etmək üçün hava şarından istifadə edir. Turizm şirkətləri bəzən turistlərin həddindən artıq soyuq hava şərtlərini görmələri üçün Oymyakona ekskursiyalar təşkil edirlər. Yayda bu  bölgəyə gələn turistlər sayəsində gəlirini artıran kəndlilər beləcə ətrafdakı şəhərlərdən qış üçün lazım olan ehtiyaclarını qarşılayırlar. Oymyakonda hava şərtləri nə qədər pis olursa olsun kəndlilər burada yaşamaqdan məmnun olduqlarını söyləyir.  
Kənddə az çeşiddə məhsul satan sadəcə bir dükan var və hər kəs buradan bazarlığını edir. 


Bütün bunlara baxmayaraq, əhali səhiyyə problemləri ilə üzləşmir. Tədqiqatçıların sözlərinə görə, kəndlilərin heç bir sağlamlıq problemi ilə üzləşməməsinin səbəbi içdikləri maral südünün tərkibindəki faydalı maddələrlə əlaqəlidir.
Bu kənddə uşaqlar da artıq soyuq hava şəraitinə vərdiş ediblər. Havanın temperaturu -52 dərəcədən aşağı enəndə məktəblər bağlanır.
Oymyakon kənd əhalisinin ən sevdiyi məşğuliyyəti isə buz tutmuş göldə balıq ovlamaqdır.