Təbiət

Dünyanın ən böyük gül bitkisi- Viktoriya su zanbağı

Viktoriya su zanbağı və ya “Amazon Viktoriyası” İngiltərə Kraliçası Viktoriyanın şərəfinə adlandırılmış dünyanın ən nəhəng gül bitkisidir.


Bu gülə əsasən Amazon çayında rast gəlinir. Viktoriya su zanbağının yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir. 35 kiloqrama qədər ağırlığı üzərində daşıya bilir.

 

Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. Zanbağın yarpaqları vəhşi təbiətdə 3 metrə qədər böyüyə bilir; xüsusi yetişdirilən növlərin isə uzunluğu hətta 7 metr olduğu bildirilir. Kökü uzun iplərlə bir-birinə bağlı olaraq suyun altında 8 metr dərinliyə qədər uzana bilir.

 

 

Cənubi Amerikanın ən məşhur bitkilərdən sayılan Viktoriya zanbağının kəşf edilməsi 1832-ci ilin yanvarında Amazona tökülən Tefe çayının üzərində baş vermişdir. Zanbağın kəşfi Peru və Braziliyaya səfəri zamanı Amazon çayı üzərində üzən Almaniyanın təbii elmləri doktoru Edvard Pyoppigin adı ilə bağlıdır. 


Viktoriya su zanbağına Braziliya və Boliviyada Amazon su hövzələrində, həmçinin Karib dənizinə tökülən Qayana çaylarında da rast gəlinir.