Bu maraqlıdır!

Buzlar ölkəsi: İslandiya

İslandiya ("buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövlətidir. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 103 min kv. km-dir.


İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. 


Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəşiykəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.


İslandiya adası qitədən çox uzaqlarda böyük sualtı plato üzərində yerləşən qalxanvari adadır. Səthində lava yaylaları, vulkan konusları və massivləri geniş yer tutur. 
İslandiyanın çox hissəsi vulkanik yaylalardan ibarətdir. Adanın vulkanik yaylalarında isti bulaqlar geniş yayılmışdır. Qeyzerlər İslandiyada neftə və daş kömürə olan eytiyacı tamamilə ödəyir. Hazırda binaların qızdırılması qeyzerlərin hesabına aparılır. İslandiyada isti şitilliklərdə tərəvəzçilik qeyzerlərin hesabına son vaxtlarda xeyli genişləndirilmişdir. Adada ovalıq və düzənlik sahələr ancaq ərazinin 7%-ni təşkil edir. Ovalıqlar sahilboyu sahələrdə, ensiz zolaq şəklində yerləşmişdir. Ən böyük ovalıqlar adanın cənub-qərb və cənub-şərq sahillərindədir. Şimal-qərb və şimal sahilləri daha çox parçalanmışdır. Bu sahədə İsa-fyord, Dira-fyord, Breydi-fyord, Xunafloun, Faksafloun və s. körfəzlər yerləşir.


İslandiyada müasir buzlaqların sahəsi 12 min kv. km-dir. 


İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. 


İslandiya adasında tundra və dağlıq tundra bitkiləri geniş yayılmışdır. Ərazinin buzdan azad olan vulkanik yaylalarında şibyə və mamır üstünlük təşkil edir. Adanın cənub və cənub-qərbində 2–3 m hündürlüyündə, İslandiyada meşə adlandırılan iynəyarpaqlı tozağacı, söyüd, ardıc və üvəz (quşarmudu) kolluqları geniş yayılmışdır. Cənub sahillər üçün torfluqlar, ovalıqlar üçün çəmən bitkiləri (ərazinin 6%-ni tutur) səciyyəvidir. Adanın heyvanlar aləmi çox kasıbdır. Burada Avropadan gətirilmiş şimal maralına, boz tülküyə və İslandiya siçanına rast gəlmək olar. Sahil zonalarında çoxlu quş bazarları və balıq vətəgələri mövcuddur.


İslandiyanın rəngarəng təbii mənzərəsinə özünəməxsusluq verən bir amil də hər tərəfdə atların və qoyunların otlamasıdır. 


İslandiya əhalisinin sayı 331918 nəfərdir. Onların da 170503 nəfəri qadın, 40121 nəfəri 18 yaşdan aşağı oğlanlar, 85670 nəfəri 35 yaşdan yuxarı kişilərdir.


778 nəfər kit ovu ilə məşğul olur. İslandiya dəmir yolu xətti olmayan azsaylı ölkələrdən biridir. Ada dövlətində ordu yoxdur. Onun funksiyalarını qismən sahil mühafizəsi xidməti yerinə yetirir. İslandiya dili son 100 ildə heç bir dəyişikliyə uğramayıb. Ada yalnız IX əsrin əvvəllərində insanlar tərəfindən məskunlaşdırılıb.


Dünyada ən çox qeyzer İslandiyadadır. “Qeyzer” sözü ölkənin şimal-qərb hissəsində yerləşən və isti suyun fontan verdiyi Qeyzirdən götürülüb. "Qeyzir" sözünün kökü isə “qeyza” – fontan vermək sözündən götürülüb.


İslandiya “Avroviziya”nın ən populyar olduğu ölkə sayılır. İslandiyada ən populyar peşə sahələri rəssamlıq, musiqiçilik və dizaynerlik sayılır.