Palıd ağacının qışda necə göründüyünü xatırlayırsınız? Qalın, güclü gövdə, dərin dolama çatlarla örtülmüş tünd qabıq. Ağac nə qədər yaşlı olarsa, bu çatlar və qırışlar bir o qədər dərinləşir. Palıd budaqları isə düz deyil, hamar deyil, cizgiləri qırıq-qırıq, bucaqlı, iti, sanki heç işığa, istiyə tərəf qalxmamış kimi. Bu ağaclar çətin və ağır həyat yolu keçmiş, çoxlu çətinliklərə sinə gərmiş, onlara qalib gəlmiş insanları xatırladır.