Son əlavə olunanlar

Bu maraqlıdır!

Afrika Hidnorası

Afrika Hidnorası (Hydnora Africana) - qəribə görünüşlü bitkilərdən biridir. Çox rast gəlinən bitki deyil. Əsasən Afrikaya səfər zamanı ona rast gəlmək mümkündür.

Dəniz dovşanı: Jorunna parva

Görünüşcə bu dəniz sakini tüklü, sevimli, balaca bir dovşana bənzəyir, lakin bu məxluq «Jorunna parva» adlı dəniz ilbizidir. Olduqca zəhərli olan bu dəniz sakininin dovşanla oxşarlığı rəngi, uzun qulaqları və quyruğundadır.

Günəş haqqında əfsanələr

Günəş hərarətinin qızındırmadığı soyuq yağışlı gün necə də sıxıntılıdır! Amma buludların arxasından Günəş boylananda necə də  sevinirik. 

Hindistanın nəhəng və rəngarəng Ratufa sincabı

Hindistanın nəhəng Ratufa sincabı (lat. Ratufa indica) - nəhəng sincab cinsinə aid gəmirici növüdür. Hindistanın qarışıq yarpaqlı və yağıntılı həmişəyaşıl meşələrində yaşayır. Sincabın xarici görünüşü bütün diqqəti öz üzərinə cəlb edir. Belə ki, xəzi rəngarəng çalarlarla örtülüdür. Bu böyük gəmiricinin bədən uzunluğu - 36 sm, quyruğunun uzunluğu isə təqribən 61 sm-dir.

Qan qrupları

ABO sistemində insanlarda dörd qan qrupu mövcuddur. Bu qan qrupları O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) olaraq işarə edilir. Qan qrupları onların tərkibindəki zülallara əsasən adlandırılmışdır.   Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. Qan qrupları ilə birlikdə qanın rezus (Rh, Rhesus) amilini də bilmək lazımdır. İnsanların 85%-də rezus-amil müsbət, 15%-də isə mənfi olur.

Nəyə görə işıqfor üçün qırmızı, sarı və yaşıl rəng seçilib?

Ömründə heç vaxt işıqfor görməyən insan tapmaq çətindir. Müəyyən ardıcıllıqla qırmızı, sarı və yaşıl rənglə işıqlanan qurğu avtomobillərin və piyadaların hərəkətini nizamlayır. Hər birimiz siqnalların mənasını uşaqlıqdan bilirik, lakin işıqfor üçün nəyə görə məhz bu rənglərin seçildiyi çoxumuza məlum deyil.