Son əlavə olunanlar

Bu maraqlıdır!

Nə gizlədilib? Uşaq oyunu

Oyun meydança və ya otaqda oynanılır. Hər bir oyunçu üçün stul, 5-10 ədəd müxtəlif oyuncaq və 1 stol lazımdır.  

Dərsə gedən bir uşaq oyunu

Oyun meydança və ya dəhlizdə oynanılır. İki top və təbaşir tələb olunur.  

Kiçik həcmli muğamlar

Əsas muğamlardan fərqli olaraq kiçik həcmli muğamlarda şöbə və guşələrin miqdarı azdır. Əsas muğamlardakı böyük inkişaf və getdikcə artan emosional gərginlik kiçik həcmli muğamlarda yoxdur. Bu muğamlar zil-bəm və ya bəm-zil-bəm registrli şöbə və guşələrdən ibarətdir.  

Üzdəki çillər

Üzdəki çillərin nə olduğunu nə necə əmələ gəldiyini bilmək üçün gərək əvvəlcə dəriyə nəyin rəng verdiyini aydınlaşdıraq.  

Mayak

Xüsusi yol nişanları olmayan, adamı yol ayrıclarından, döngələrdən, yaxınlıqdakı şəhərlərdən xəbərdar etməyən şose təsəvvür edirsiniz? Təbii ki, yox. Dəniz yollarında da eynən belə xəbərdarlıq nişanlarına ehtiyac olur. Mayak da onlardan biridir. Onun işığı dənizçilərə limanın yolunu göstərir. Onun köməyi ilə özünüzün dənizdəki yerinizi təyin edə bilirsiniz, işığı gəmiləri sualtı qayalardan, başqa təhlükəli yerlərdən xəbərdar edir.

Telefon necə işləyir

Telefonun işləməsinin əsas səbəbi insanın səsi nəticəsində yaranan titrəyişdir (vibrasiyadır). Bu titrəyiş mikrofon vasitəsilə tutulur, elektromaqnitin sayəsində elektrik impulslarına çevrilərək kabellə ötürülür. Onlar qəbul edən aparata daxil olanda aparat elektrik impulsunu bizim telefon dəstəyində eşidə biləcəyimiz səsi verən titrəyişə çevirir. Telefon təkcə insan münasibətləri sahəsində deyil, həm də biznes və ticarət dünyasında da məsafələri qısaldır.