Son əlavə olunanlar

Bu maraqlıdır!

Metrik sistem

Hər bir ölkə həcm, çəki və miqdarı ölçmək üçün özünün ölçü vahidlərindən istifadə edir, yəni özünün məxsusi ölçü vahidləri sisteminə malik olur. Bu, ticarəti və mal mübadiləsini uğurla aparmaq üçündür. Amma ən çətini budur ki, müxtəlif ölkələrdə bu sistemlər bir-birinə uyğun gəlmir.

Tasmaniya adası

Cənubi Avstraliyada yerləşən bu ada 1642-ci ildə hollandiyalı Abel Tasman tərəfindən kəşf edilib. Abel Tasman yeni torpaqlar və sərvətlər axtarışında daha da irəli getməyə qərar verdiyi üçün uzun illər sonra, 1853-cü ildə ada onu kəşf edən şəxsin - Tasmaniyanın adını aldı.Tasmaniya adası Avstraliya materikinin cənub-şərqində yerləşir, materikdən Bass boğazı vasitəsilə ayrılır, Avstraliya materikinə məxsus ən böyük adadır. Ada materik mənşəlidir.   

Maarifçilik

XVIII əsr insanlarının ideologiya və mədəniyyəti maarifçilik adlanır.  

Barokko dövrü

Barokko XVII –XVIII əsrlədə Avropa mədəniyyətində renessans və klassizm arasında mövcud olan bir cərəyan idi. Barokkonun beşiyi İtaliya olmuşdur. Bu stil ilk olaraq XVI–XVII əsrlərdə Roma, Mantuya, Venesiya, Florensiya kimi şəhərlərdə təşşəkkül tapır. Barokko dövrünü "qərb sivilizasiyasının zəfər yürüşünün" başlanğıcı da adlandırırlar. Barokko özü üç: ilkin barokko (1600–1650), yüksək barokko (1650–1720), sonrakı barokko — rokoko (1720–1770) mərhələlərinə bölünür.  

İntibah dövründə dillər

İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başladı. İtaliyanın şimalında başlamış və sonra bütün Avropaya yayılmış İntibah dövrünün əsas dövrü 1450-1550-ci illərdə olub. Bu dövrdə böyük incəsənət, mədəniyyət və elmi əsərləri yaradıldı, çünki bu dövrdə insanlar daha çox onu əhatə edən aləmlə maraqlanmağa, təcrübələr aparmağa və vacib elmi kəşflər etməyə başladı. 

Böyük kəşflərin səbəbi

XV əsrdə avropalıların (ilk növbədə, portuqaliyalıların və ispanların) yeni torpaqlar axtarışına çıxması səbəbi çox idi. Ərzağın, xüsusilə də buğdanın çatışmaması onları bu taxılın yerləşdirildiyi Afrikanın şimal tərəfinə səfər etməyə məcbur etdi. Onlara həmçinin Avropada az rast gəlinən qızılı və müsəlmanlar tərəfindən Hindistandan gətirilən ədviyyatı əldə etmək lazım idi. Bu malların ucuz əldə edilməsi üçün avropalı tacirlər onları istehsal edən ölkələrə gedərək özləri almaq qərarına gəldilər. Bu məqsədə çatmaq üçün yeganə vasitə dəniz səfərləri idi. Onlar Afrikanın qərb sahillərinə çıxmağı və orada ticarət müəssisələri yaratmağı planlaşdırırdılar. Əgər onların gəmiləri Afrikanın cənubuna çatardısa, onlar Hind okeanını keçərərk Hindistana çata bilərdilər. Bu yolu ilk dəfə 1497-ci ildə Hindistana gəlmiş portuqaliyalı Vasko de Qama getdi.