Son əlavə olunanlar

Bu maraqlıdır!

İntibah dövründə dillər

İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başladı. İtaliyanın şimalında başlamış və sonra bütün Avropaya yayılmış İntibah dövrünün əsas dövrü 1450-1550-ci illərdə olub. Bu dövrdə böyük incəsənət, mədəniyyət və elmi əsərləri yaradıldı, çünki bu dövrdə insanlar daha çox onu əhatə edən aləmlə maraqlanmağa, təcrübələr aparmağa və vacib elmi kəşflər etməyə başladı. 

Böyük kəşflərin səbəbi

XV əsrdə avropalıların (ilk növbədə, portuqaliyalıların və ispanların) yeni torpaqlar axtarışına çıxması səbəbi çox idi. Ərzağın, xüsusilə də buğdanın çatışmaması onları bu taxılın yerləşdirildiyi Afrikanın şimal tərəfinə səfər etməyə məcbur etdi. Onlara həmçinin Avropada az rast gəlinən qızılı və müsəlmanlar tərəfindən Hindistandan gətirilən ədviyyatı əldə etmək lazım idi. Bu malların ucuz əldə edilməsi üçün avropalı tacirlər onları istehsal edən ölkələrə gedərək özləri almaq qərarına gəldilər. Bu məqsədə çatmaq üçün yeganə vasitə dəniz səfərləri idi. Onlar Afrikanın qərb sahillərinə çıxmağı və orada ticarət müəssisələri yaratmağı planlaşdırırdılar. Əgər onların gəmiləri Afrikanın cənubuna çatardısa, onlar Hind okeanını keçərərk Hindistana çata bilərdilər. Bu yolu ilk dəfə 1497-ci ildə Hindistana gəlmiş portuqaliyalı Vasko de Qama getdi.

İlk ingilis dili lüğəti

Latın dilində "diksionarius" sözünün mənası "söz kolleksiyası"idi. Con Harland adlı ingiltərəli müəllim şagirdlərinin əzbər bilməli olduğu latın sözlərinin siyahısına bu adı vermişdi. Bu, təxminən 1225-ci ildə olmuşdu. İzahlı lüğətin ingilis dilində adı da həmin o latın sözündən yaranıb.  

Vatikanın ən məşhur rəsm əsəri

Vatikandakı Sikstin katolik kilsəsinin tavanında çəkilmiş rəsm Mikelancelo Buonarrottinin yaradıcılığının zirvəsi və tarixdə olmuş rəsm əsərlərinin ən tanınmışıdır. Bu əsər XVI əsrin birinci yarısında papa II Yuli tərəfindən sifariş verilib.  

Şərq mədəniyyətinin Qərbdə yayılması

Orta əsrlərdə müsəlman mədəniyyəti başqa xalqların biliklərini mənimsədiyi üçün yüksək inkişaf etdi, Şərq müdrikliyini Qərbə çatdırdı. 

Mayya məbədləri

Mayya məbədləri başları kəsilmiş piramidaya oxşayır, çünki ucu iti olan Qədim Misir piramidalarından fərqli olaraq, onun üstündə meydança var. Divarın səthi də Misir piramidalarından fərqlənir, çünki hamar deyillər, pillələrdən ibarətdir. Bundan başqa, mayya konstruksiyalarında Misir piramidalarından fərqli olaraq, bir tərəfində binanın yuxarısına qalxmaq üçün hündür baş pilləkən var idi.