Son əlavə olunanlar

Bu maraqlıdır!

Çəngəlin yaranması haqqında

Çəngəl ilk icad edildiyində iki uclu olub. Hazırkı dövrə gələnə qədər üç, daha sonra isə dörd uclu olub. Çəngəl ilk dəfə yunanlar tərəfindən bir müharibə silahı olaraq istifadə edilib. Sonrakı illərdə isə çəngəl bir əkin vasitəsinə çevrilib. Bu çevrilmələrin ardından son olaraq süfrəmizdəki formasını alıb.

İstirahət və əyləncə sağlamlıq üçün faydalıdırmı

İnsanlar həyatının böyük hissəsini işə sərf edirlər. Bu təbiidir, çünki insanın bədəni və ağlı aktiv fəaliyyət üçün yaranıb. Ancaq işləmək güc tələb edir, daima güc işlətmək isə yorğunluq və gərginlik yaradır. Bundan başqa, eyni tipli iş adamı tez bezdirir və darıxmağa səbəb olur. Ona görə də insanlara sakitləşmək, istirahət etmək və xoş, maraqlı bir şeylə məşğul olmaq üçün boş vaxt lazımdır.

Ətraf mühitin çirklənməsi insanların sağlamlığına necə təsir edir?

Atmosferin, suyun, torpağın və ərzaq məhsullarının çirklənməsi insan sağlamlığına zərər vurur. 

Dünyanın ən qədim mağara sənəti

Yaradıcılıq və sənət əsərləri yaratmaq həmişə insan təbiətinin bir hissəsi olub və araşdırmalar bizi mağara sənətinin yaradıcılığı ifadə etməyin ilk yollarından biri olduğuna inandırıb. Dünyadakı ən qədim mağara sənətinin nə olduğunu dəqiq söyləmək çətindir, çünki biz hələ də hər gün yeni şeylər kəşf edirik.

“Qızıl oğlan” öz sirlərini açır

Qədim Misirdə dəfn mərasimlərinin keçirilməsi barədə informasiyalar və həqiqi sərvətlər bu yaxınlaradək Qahirədəki Misir Muzeyinin zirzəmilərində gizli şəkildə qalıb. Bunların sırasında ölkənin cənubunda yerləşən Naq əl-Hassay məzarlığında 1916-cı ildə tapılan yeniyetmə oğlanın mumiyası indiyədək tədqiq olunmayıb.

Yerin öz oxu ətrafında hərəkətini yuxarıdan görmək mümkündürmü?

Əslində, siz Yerin fırlanması faktının yalnız təsdiqini görə bilərsiniz.