Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Daniel Defonun özündən məşhur olan bədii obraz - Robinzon Kruzo

İngilis yazıçısı Daniel Defo 1660-cı ildə ət ticarəti ilə məşğul olan Ceyms Fonun ailəsində dünyaya gəlib. Defo puritan ruhani akademiyasına oxumağa verilsə də heç vaxt dini həyata güclü meyl etməyib. Onu daha çox kommersiya əməliyyatları cəlb edib, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olub.  

Yohanna Spiri

Yohanna Spiri (1827-1901) sevilən İsveçrə yazıçısıdır. Yohanna 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evlənib. 

Pyotr Pavloviç Yerşov

Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov 1815-ci il fevralın 22-də Tobolsk quberniyasının Bezrukovo kəndində məmur ailəsində anadan olmuşdur. 1824-cü ildə valideynləri Pyotr və qardaşı Nikolayı Tobolska oxumağa göndərir və onlar gimnaziyanı bitirəndə ataları Peterburqa təyinat alır və hər iki qardaş Peterburq Universitetinə daxil olur.

Xanımana Əlibəyli

Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərinin Keşlə kəndində mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar.

Fantastika janrının böyük qadın yazarı Andre Norton

Fantastika janrının böyük qadın yazarı, 20-dən çox mükafatın laureatçısı Andre Norton 1912-ci il fevralın 17-də Klivlenddə, ştat Oqayoda anadan olub. 

Cozef Redyard Kiplinq

Cozef Redyard Kiplinq (1865— 1936) Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı, şairi və novellaçısıdır. 1907-ci ildə Kiplinq həm də Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatlarını alıb. Yazıçı eləcə də Oksford, Kembric, Edinburq və Darem universitetlərinin fəxri adlarına layiq görülüb. Ən məşhur əsərləri "Cəngəlliklər kitabı" (The Jungle Book), "Kim" (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) sayılır.