Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Tofiq İsmayılov

Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.  

Nəcib Fazil Qısakürək

Nəcib Fazil Qısakürək 1904-ci il mayın 26-da İstanbulda anadan olub. İbtidai və orta təhsilini Amerikan və Fransız kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Liseyi) alıb. O, Cümhuriyyət dövründə şeir, hekayə, pyes, xatirə və.s növdə əsərlər qələmə almış, Ustad və “Səkilər şairi” (“Kaldırımlar şairi”) kimi tanınan, 120-dən çox əsəri olan Türk şairidir.  

Əziz Nesin

Kiçik satirik və yumoristik hekayənin böyük ustası, romançı, şair, jurnalist, köşə yazarı, dramaturq, naşir, pedaqoq, ssenarist Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulun Heybeliadasında anadan olub. Atası Əbdüləziz bəy Giresunun Şebinkarahisar mahalının Ocaktaşı kəndindən gəlib İstanbulda məskunlaşıb. O, bağbanlıqla məşğul olurdu.  

Muxtar Maniyev

Xalq artisti Muxtar Maniyev milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.  

Qəmər bəyim Şeyda

Azərbaycanlı şairə Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 

Əmir Kazım Mirzə Qacar

Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur.