Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Cəfərqulu xan Cavanşir

Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi, İbrahimxəlil xanın nəvəsi, general-mayoru Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 

Hacı Hüsü

Xanəndə, Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas, müəllim, bəzi muğamların yaradıcısı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu Kazımlı 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində anadan olmuşdur

Canəli Əkbərov

Görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub. Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.  

Ceyhun Hacıbəyli

Publisist, ədəbiyyatşünas, ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 3 fevral 1891-ci ildə Şuşada doğulmuşdur.

Məmmədyusif Cəfərov

Siyasi və dövlət xadimi Məmmədyusif Hacıbaba oğlu Cəfərov 14 mart 1885-ci ildə Bakıda doğulmuşdur.

Xuraman Hacıyeva

Xalq artisti, çəkildiyi filmlər və televiziya tamaşalarıyla, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisa Xuraman Hacıyeva 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.