Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Salam Salamzadə

Görkəmli fırça ustası Salam Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını" və "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib, illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri qalereyası ərsəyə gətirib. S.Salamzadənin Bakı, Moskva və Kiyev şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1982) fəxri adlarına, eləcə də Nasir adına Beynəlxalq mükafata (1974) layiq görülüb. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.  

Rüstəm Rəhimov

Əməkdar bədən tərbiyəsi və idman xadimi, ümumittifaq dərəcəli hakim, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini  Rüstəm Rəhimov 1948-ci il martın 6-da Bakı şəhərində anadan olub. Onun idmana gəlməyinə əsas səbəbkar o dövrdə Azərbaycanın ən məşhur futbolçusu Ələkbər Məmmədov olub. 1960-cı ildə “Neftçi” klubunda məşqə başlayan R.Rəhimov sonra bir il Mahaçqalanın “Dinamo” (indiki “Anji”) komandasının və azərbaycanlı məşqçi Əhməd Ələsgərovun dəvəti ilə iki il Tacikistanın “Pamir-Düşənbə” klubunun formasını geyinib. Doğma Vətəndən uzaq qala bilmədiyi üçün Bakıya qayıdan R.Rəhimov Gəncənin “Dinamo” komandasının şərəfini qoruyub və burada da futbolçu karyerasını bitirib. Hakimlik fəaliyyətinə məşhur hakim Eldar Əzimzadənin təkidi ilə başlayan R.Rəhimov 1977-1978-ci illərdə ikinci dəstənin oyunlarını idarə edib.

Məhəmməd Ağaoğlu

Məhəmməd Ağaoğlu 1896-cı ildə İrəvanda doğulmuşdur.

Vəli Axundov

Alim-həkim, tibb elmləri doktoru, Azərbaycan EA-nın akademiki Vəli Yusif oğlu Axundov 14 may 1916-cı ildə Bakıda doğulmuşdur. 

Mustafa Mərdanov

Fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 129 il ötür.

Ənvər Məmmədxanlı

Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub.