Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Xalq şairi Qabil

Çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi Qabil İmamverdiyev (Qabil) 90 il bundan əvvəl avqustun 12-də Bakı şəhərində dünyaya göz aşıb. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

Luis Kerrol

İxtisasca riyaziyyatçı olan məşhur ingilis yazıçısı və şairi Luis Kerrol (1832-1898) daha çox “Alisa möcüzələr ölkəsində” əsəri ilə tanınmışdır. Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş.  

Əl-Xarəzmi

Orta Asiya ərazisində yerləşən qədim Xarəzm vilayətinin Xivə şəhərində bir kahin nəsli yaşayırdı. İslam dini Orta Asiyaya yayıldıqdan sonra bu nəsil də müsəlmanlığı qəbul etdi. 780-ci ildə bu ailədə anadan olmuş uşağa uca peyğəmbərimizin adını qoydular. Məhəmməd kiçik yaşlarından babalarının nəsildən-nəslə ötürdüyü bilikləri mənimsəməklə yanaşı, doğma şəhərində tanınmış böyük alimlərdən dərs alır, hind və yunan elmi ilə yaxından tanış olurdu.

Fransua de Laroşfuko

Dünyanın ən böyük aforizm ustası Fransız yazıçısı Laroşfuko 1613-cü ildə anadan olub.

Vilhelm Hauf

Alman yazıçısı və novellaçı Vilhelm Hauf 1802-ci il noyabrın 29-da Ştutqart şəhərində anadan olub.   

Görkəmli dövlət xadimi, mahir siyasətçi Şirvanşah İbrahim

700 il bundan əvvəl Azərbaycan kiçik dövlətlərə – şahlıqlara bölünmüşdü. Bunlardan biri də Şirvanşahlar dövləti idi. Şirvan şahı Huşəngin vaxtında zülm ərşə çıxmışdı.