Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Görkəmli dövlət xadimi, mahir siyasətçi Şirvanşah İbrahim

700 il bundan əvvəl Azərbaycan kiçik dövlətlərə – şahlıqlara bölünmüşdü. Bunlardan biri də Şirvanşahlar dövləti idi. Şirvan şahı Huşəngin vaxtında zülm ərşə çıxmışdı. 

Ernest Seton-Tompson

XX əsrin ən böyük sənətkarlarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton-Tompson 1860-cı il avqustun 14-də İngiltərənin Saut Şilds şəhərində anadan olub, lakin 6 il sonra ailəsi Kanadaya köçüb. Atası fermer idi, və gənc oğlan tez-tez vaxtını meşədə qardaşları ilə oynamaqla keçirərdi. Gözəl mənzərə, təmiz hava, heyvanlar, quşlar və ovçuluq sənəti uşaqlıqdan yazıçının gələcək nailiyyətlərinə müsbət təsir etmişdi.

Migel de Servantes

İspan yazıçısı, şair və dramaturqu Migel de Servantes 1547-ci il sentyabrın 29-da Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlib.  

Daniel Defonun özündən məşhur olan bədii obraz - Robinzon Kruzo

İngilis yazıçısı Daniel Defo 1660-cı ildə ət ticarəti ilə məşğul olan Ceyms Fonun ailəsində dünyaya gəlib. Defo puritan ruhani akademiyasına oxumağa verilsə də heç vaxt dini həyata güclü meyl etməyib. Onu daha çox kommersiya əməliyyatları cəlb edib, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olub.  

Yohanna Spiri

Yohanna Spiri (1827-1901) sevilən İsveçrə yazıçısıdır. Yohanna 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evlənib. 

Pyotr Pavloviç Yerşov

Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov 1815-ci il fevralın 22-də Tobolsk quberniyasının Bezrukovo kəndində məmur ailəsində anadan olmuşdur. 1824-cü ildə valideynləri Pyotr və qardaşı Nikolayı Tobolska oxumağa göndərir və onlar gimnaziyanı bitirəndə ataları Peterburqa təyinat alır və hər iki qardaş Peterburq Universitetinə daxil olur.