Son əlavə olunanlar

Xəbərlər

XX əsrin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımından 32 il ötür

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.  

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. 

20 fevral – Ümumdünya Sosial Ədalət günüdür

Fevralın 20-də ilk dəfə Ümumdünya Sosial Ədalət günü qeyd edilir. Sosial ədalət bəşəriyyətin böyük hissəsi üçün əlçatmaz arzu olaraq qalır. Bu sözləri BMT-nin baş katibi Pan Gi Mun demişdir.

Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 20-si saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.  

19 fevral - Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür

Fevralın 19-u Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü kimi qeyd edilir. Dünya ictimaiyyətinin diqqətini bütün dəniz məməliləri və okeanlarda yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə 1986-cı ildən etibarən ənənəvi olaraq müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları çoxsaylı aksiyalar keçirirlər. 

17 Fevral – Təmənnasız Xeyirxahlıq İfadəsi Günüdür

Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis olunmuşdur.