Son əlavə olunanlar

Xəbərlər

Görkəmli bəstəkar məktəblilərlə görüşəcək

Oktyabrın 25-də paytaxtdakı 42 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.  

Bakı məktəbliləri SAF 2023-də 60-a yaxın layihə ilə iştirak edəcək

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcəklər.  

24 Oktyabr- Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

“Rotari” beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan və hər il oktyabrın 24-də qeyd edilən Ümumdünya Poliomielitlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək və həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.

20 oktyabr- Zəngilan Şəhəri Günüdür

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.  

20 Oktyabr – Beynəlxalq Kulinariya Günüdür

Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-i Beynəlxalq Kulinariya Günü kimi elan edilməsi haqda qərar qəbul edib. 

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” hərəkatının V aksiyası keçirilib

Bakı Avropa Liseyinin və “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin birgə təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” aksiyası keçirilib.