Son əlavə olunanlar

Nağıllar, hekayələr

Samuil Marşak. Axmaq siçan balasının nağılı

Axşam, körpə balasına Layla çaldı ana siçan: -Sənə qazmaq, şam qırığı Verəcəyəm əgər yatsan.

Qrimm qardaşları. Üç qızıl teli olan şeytan

Günlərin birində yoxsul bir arvadın oğlu oldu. Uşaq köynəkdə doğulmuşdu. Falçılar dedilər ki, oğlan on dörd yaşına çatanda kralın qızını alacaq. İş elə düşdü ki, uşaq doğulandan bir müddət sonra kral həmin kəndə gəldi, amma heç kim bilmədi ki, bu, kraldır. O, kənddə təzə xəbər olub-olmadığını soruşanda dedilər:

Tamahkar oğul

Bir kasıb kişi olur. Bir gün daxmasının həyətində qızıl ilan görür. Baltanı götürür onu öldürsün, ilan insan kimi dil açıb deyir:  

Hans Xristian Andersen. Qar kraliçası

Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha da eybəcərləşirdi.

Zahid Xəlil. Qar adamlar

Yevlağa hələ heç zaman belə qar yağmamışdı. Hətta Kürün sahili bоyu uzanıb gedən yarğanlar da qarla örtülmüşdü. Cəfərlə Səfər çoxdan belə bir fürsət gözləyirdilər. Onlar səhər açılan kimi meşəyə gəldilər və qardan adam düzəltməyə başladılar. Cəfər kişi qar adamı düzəldirdi. Bu adamın burnu qırmızı kökdən, bığları şam budaqlarından, papağı isə köhnə bir vedrədən idi.

Xalidə Hasilova. "Çiçək dənizi"

Gəzinti davam edirdi. İradə və İlkin hamıdan qabaqda gedirdilər. Çox keçmədi ki, onlar düzənliyə çıxdılar. Bəh-bəh, ətraf necə gözəl idi! Rəngbərəng çiçəklər elə bil bir-biri ilə yarışırdı. İradə əllərini bir- birinə vurdu və ucadan: