Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXIII fəsil

Hersoq ilə kral bütün günü yorulmaq bilmədən işlədilər, səhnəni qurdular, pərdə asdılar, rampa əvəzinə səhnənin qırağına şam düzdülər, axşam isə gözümüzü açmağa macal tapmamış, zal ağzınacan adamla doldu; tamaşaçıların hamısı kişi idi. Daha adam buraxılmağa yer qalmadığı vaxt hersoq biletləri yoxlamaqdan əl çəkib binanı bayır tərəfdən hərlənərək gəlib səhnəyə çıxdı, pərdə qarşısında duraraq qısa nitq söylədi.  

Zahid Xəlil. Təkər

Taxtadan düzəldilmiş bir təkər yolun kənarına düşüb qalmışdı. Buradan maşınlar keçirdi.

Mark Tven. Heklberri Finnin macəraları. XXII fəsil

Mən sirkin yanına gedib dal qapı tərəfdə veyllənməyə başladım, qarovulçu gəlib yanımdan keçdikdən sonra isə sirk çadırının brezentini qaldırıb içəri keçdim. Yanımda iyirmi dollarlıq bir qızı pul və başqa pullar vardı, ancaq mən onları xərcləmək istəmirdim. Bilmək olmazdı, evdən bu qədər uzaqda, həm də özgə adamlar içərisində həmişə pul lazım ola bilər. Ehtiyat yaxşı şeydir. Mən havayı keçmək mümkün olmayan yerdə sirkə pul verməyin ələyhinə deyiləm, ancaq pulu çöle tullamaq da olmaz.  

Süleyman Sani Axundov. Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlanmış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, inciyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.  

Aysel Mübarizqızı. Nənənin nəsihəti

Nurlan və Ayxan çox mehriban qardaş idilər. Həmişə hər işdə bir-birlərinə kömək edərdilər.  

Aysel Mübarizqızı. İkinci evimiz

Tural məktəbin çox dəcəl şagirdlərindən idi. Dəcəlliyi ilə bərabər tənbəlliyi dəvar idi.