Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XVI fəsil

Biz, demək olar ki, bütün günü yatıb axşamdan xeyli keçmiş yola çıxdıq; yanımızdan gəlib-keçən və matəm dəstəsi kimi ardı-arası olmayan çox uzun bir sal dəstəsini qabağımızca buraxdıq. Bu böyük salın hər bir başında dörd dənə uzun avar var idi, deməli, burada otuza qədər salçı olmalı idi. Biz onun üstündə bir-birindən xeyli aralı olan beş daxma saydıq; ortalıqda bir tonqal yanırdı, salın hər iki başında nazik, uzun tir üstündə bayraq dalğalanırdı. Belə bir salda salçı işləmək zarafat deyildi. 

Sözə qulaq asmayan keçi balası. Monqol nağılı

Baharda keçi ilə çəpiş otlaqda otlayırdı. Onlar hər yerə ikisi birlikdə gedir, qoca keçi çalışırdı ki, çəpiş üçün elə yerlər axtarıb tapsın ki, orada zərif, dadlı tər otlar olsun. Onlar otlaqdakı bütün otları qırpıb yeyəndən sonra qoca keçi çəpişə dedi:

Usta Abdulla

Gülüzarı-məlahətdə gözüm bir gülə düşdü, Alxala siya sünbülə düşdü.  

Mark Tven. Heklberri Finnin macəraları. XV fəsil

Biz bu fikirdəyik ki, üç gecəyə İllinoys ştatının sərhədində, Oqayo çayının Missisipiyə töküldüyü yerdə yerləşən Kairə çatarıq, istəyimiz də yalnız bu idi. Burada biz salı satıb paroxoda oturar, Oqayo ilə üzü yuxarıya gedərik, ora azad ştatlardır, heç bir şeydən də qorxumuz olmaz.   

Xanım Mehdixanlı. Çilli fərə

Balaca dostlar, sizə kimdən deyim kimdən söz açım? Uzaq keçmişdə gözdən kənarda olan bir ucqar kənddə yaşayan qoca baba və nənədən. Bunlar çox kasıb idilər, var-dövlət adına bir köhnə daxmaları, bir keçi və, beş-on toyuq cücələri vardı. Amma özlərini çox xoşbəxt hesab edirdilər. Nənə səhərlər keçinin südünü sağıb sıyıq bişirər, axşamlar da toyuqların yumurtasından həyət-bacadan topladığı göy-göyərti qatıb kükü hazırlayardı. Beləcə sadə həyatlarını davam edərdilər.

Xanım Mehdixanlı. Bala ayının səyahəti

Həmişə olduğu kimi nağıllar belə başlar, biri vardı, biri yoxdur. Qədim şəhərin yaxınlığında palıd, vələs, cökə ağaclarından ibarət sıx bir meşə vardı. Buranın çaqqal, boz canavar, şələquyruq tülkü, oxatan kirpi, çəpgöz dovşan, buynuzlu maral, dağ keçiləri, əyripəncə ayıdan ibarət sakinləri var idi. Az qala qonur ayı balasını unutmuşdum. Bir də bütün meşə sakinlərinin sevimlisi qonur ayı balası vardı. Həm gözəl, həm ağıllı olduğundan meşə sakinləri onu çox istəyirdilər. Bala ayı hər şeylə maraqlanır, anasına meşə sakinləri haqqında çoxlu suallar verirdi. Demək olar ki,meşədəkilərin hamısını tanıyırdı.