Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. IX fəsil

Gəzib baxdığım zaman adanın ortasında gördüyüm bir yerə bir daha gedib baxmaq istədim; Cimlə yola düşdük və tezliklə gedib ora çatdıq, çünki adanın uzunu cəmisi üç mil, eni isə dörddə bir mil idi.   

Mixail Mixayloviç Prişvin. Meşə Həkimi

Biz yazda meşəni gəzib-dolaşıb ağacların oyuqlarında yaşayan ağacdələnlərə, bayquşlara baxırdıq. Birdən bizim qabaqcadan gördüyümüz qəribə ağacın o tərəfindən mişar səsi eşitdik. Bizə danışmışdılar ki, burada şüşə zavodu üçün qurulmuş ağaclar tədarük edirlər. 

Mark Tven. Heklberri Finnin macəraları. VIII fəsil

Yuxudan ayıldığım vaxt günəş yüksəyə qalxmışdı, yəqin, saat səkkizdən çox olardı. Mən onun üstündə, kölgədə uzanıb müxtəlif şeylər haqqında düşünürdüm. Özümü çox yaxşı hiss edirdim, çünki yaxşıca dincəlmişdim. Günəş yarpaqların arasından görünürdü, ancaq, ümumiyyətlə burada çox uca ağaclar bitmişdi və bu ağacların altı olduqca qaranlıq idi. Günəş işığının yarpaqların arasından süzülüb keçdiyi yerlərdə torpağın üstündə çilə bənzər ləkələr vardı və bu ləkələr yüngülcə hərəkət edirdi, deməli, yuxarıda zəif külək əsirdi. İki sincab kiçik bir budağın üstündə oturub mənə baxaraq dayanmaq bilmədən ciyilləşirdilər. 

Mark Tven. Heklberri Finnin macəraları. VII fəsil

- Ayağa qalx! Bu nədir düzəltmisən?  Mən gözlərimi açıb ətrafa baxdim, çalışdim ki, biləm hardayam. Günəş artıq çıxmışdı, deməli, mən çox yatmışdım. Atam başım üstündə durmuşdu; çox qaşqabaqlı idi, üzü şişmişdi. O dedi:  - Bu nə oyundur tüfənglə çıxardırsan? 

Mark Tven. Heklberri Finnin macəraları. VI fəsil

Hə, bundan azca sonra sağalıb özünə gələrək məhkəmə hakimi Tetçerdən məhkəməyə şikayət elədi ki, o mənim pullarımı ona versin, sonra da mənim yaxamdan yapışdı, çünki mən məktəbi atmamışdım.

Xanım Mehdixanlı. Kitabların söhbəti

Artıq neçə vaxt idi ki, üçmərtəbəli evin ikinci mərtəbəsində yerləşən iş otağında təşvişli anlar yaşanırdı. Kitab dolabında yerləşən kitablar son dövrdəki vəziyyətlə əlaqədar iclas təşkil etməyi qərara almışdılar.İclasa kitabların ən savadlısı Ensiklopediya rəhbərlik edirdi. Əlbəttə ki, məclisə ağsaqqalıq etmək onun öhdəsinə düşməliydi. Axı zarafat deyildi buradakı kitablardan ən savadlısı və qocamanı idi.