Son əlavə olunanlar

Şeirlər

Tofiq Bayram. "Azərbaycan deyəndə"

Vətən mənim bu günüm,  Sabahkı toy-düyünüm.  Haqqım var ki, öyünüm  Azərbaycan deyəndə.  Ürəklərdə döyünüm,  Azərbaycan deyəndə.   

Abbas Səhhət. “Tənbəl”

Çox yatma, dur, a tənbəl,  Yatsan olar iş əngəl.  Gün dağlara yayıldı,  Hər bir yatan ayıldı.  

Rafiq Yusifoğlu. "Üçrəngli bayraq"

Bu üçrəngli bayrağım Gözümün işığıdır. Azadlıq yağışından Doğan göy qurşağıdır.  

Xanımana Əlibəyli. "Bal arısı"

Altında əlvan çiçək, Bu dayanan arıdır. Yetirdiyi balıtək Bədəni sapsarıdır.

Nüsrət Kəsəmənli. "Müəllim"

Körpə ürəklərdə günəş tək yanan, Çətin sınaqlarda məğrur dayanan, İstəyi,arzusu çaglayan ümman, Həyatın ən uca sözüdür Müəllim!!!

İsmayıl İmanzadə. "Bizim arx"

Bu arxla gör necə də Şırıl - şırıl su gəlir. Bu arxdan yarpız ətri, Çiçək qoxusu gəlir.