Son əlavə olunanlar

Atalar sözləri

Pulunu balta kəsmir

Çox zәngin, varlı-hallı, pullu, dövlәtli adamlar һaqqında işlədilən ifadə

Bəlkəni əkiblər, bitməyib

Qarşı tərəfin bir şeylə bağlı irəli sürdüyü hər hansı ehtimalla razılaşmamağı bildirən ifadə

Barmaq basmaq

Hər hansı bir sənədi imzalamaq, qol çəkmək, nəyəsə razılıq vermək

Qaratikan kolu

İstəklilərin qovuşmasına mane olan, mehriban olanları ayıran, mərdimazarlıq edən adamlara münasibətdə işlədilən ifadə

Moltanı dili

Qәliz, anlaşılmaz, aydın olmayan dilə, nitqə və çıxışa istehzalı münasibəti bildirən ifadə

Dəyirmanın gözündən ölü salırsan, diri çıxır

Diribaş, qocaq, bacarıqlı və hiyləgər adamlar haqqında deyilir.