Son əlavə olunanlar

Dastanlar

Qədim İngilis dastanı «Beovulf»

"Beovulf" (qəd. ing. Beowulf - hərfi tərcümədə "arı canavarı", yəni "ayı") - eramızın təxminən VIII-XI əsrlərinə aid olan qədim ingilis dilində yazılmış Anqlosaks qəhrəmanlıq dastanıdır. 3182 sətirlik bu dastan qədim ingilis dilində yazılmış ən böyük poemadır və anqlosaks ədəbiyyatına aid nümunələrin 10%-ni təşkil edir. 

“Koroğlu ilə Aypara” qolu

Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ. Eyvaz gəlib çıxmadı. 

“Həmzənin Qıratı aparması” qolu

Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər. Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər. 

"Koroğlu ilə Ərəb Reyhan" qolu

Koroğlunun Ərzincandan sağ-salamat qayıdıb gəlməyi Çənlibeldə toy-bayram oldu. Elə bil ki, dəlilərin ürəkləri yerinə gəldi. Əhvalatı, necə ki, Aşıq Cünun gəlib xəbər gətirmişdi, Koroğluya danışdılar.

"Koroğlu ilə Bolu bəy" qolu

Xotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər. Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Camal paşanın da canını qorxu almışdı.

"Koroğlunun Rum səfəri" qolu

Aşıq Cünun çoxdan idi ki, Çənlibelədən çıxmışdı. Gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız.