Son əlavə olunanlar

Dastanlar

Şəhriyar dastanı

Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir.

Dastani-Əhməd Hərami

Azərbaycan ədəbiyyatının ən gözəl, ən dəyərli nümunələrindəndir.

Abbas və Gülgəz

Məhəbbət dastanıdır. Aşıq Abbas Tufarqanlının şeirləri əsasında yaradılmışdır. Bu dastanın yaradıcıları Abbasın həyatı ilə əlaqədar hadisələri əsas götürərək, zəmanənin bir sıra vacib, zəruri məsələlərini dastanın əsas mövzusuna daxil etmişlər. Dastanda əsərin qəhrəmanı aşıq Abbasla şah Abbas arasındakı mübarizə, münasibətlərin kəskinliyi təsvir olunmuşdur.

Qandal Nağı dastanı

Qaçaq hərəkatı ilə bağlı epik örnəklərdəndir. Qaçaq dastanları xalqın qəhrəmanlıq tarixidir.

Oğuz xaqan haqqında rəvayət

Oğuz xaqanın tarixi prototipi hunların başçısı Mode ola bilər. Ona görə də bu tarixi şəxsiyyət haqqında bir neçə söz söyləmək istərdik. Mode Tumanın böyük oğul və şanyu hunlarının vəliəhdi idi. O, b.e.ə 206-cı ildə atasının ölümündən sonra taxta çıxmışdır. Modenin hakimiyyəti dövrü Hun dövlətinin qızıl dövrü hesab edilir. 

Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-batır"

Qazax xalqının ən populyar epik nümunələrindən olan «Koblandı-batır» dastanında yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən batırların doğma Vətənə bağlılığı, onların öz təfəkkürü, qüvvəsi, gücü və cəsurluğu ilə doğma eli-obanı yadelli işğalçılarından azad etmələri vəsf olunmuşdur.