Son əlavə olunanlar

Dastanlar

"Şu" poeması

“Şu” (“Çu”) poeması - tarixi faktlara əsaslanaraq əfsanəyə çevrilən, türk xalqlarının qədim əcdadı - sakların şücaətindən bəhs edən qəhrəmanlıq dastanıdır.

Alp Ər Tonqa dastanı

“Alp Ər Tonqa” sakların tarixi haqqında zəngin məlumat verən qəhrəmanlıq dastanıdır.

Hasan paşanın Çənlibelə gəlməyi

Kürdoğlu Çənlibelə gələndən sonra xotkara xəbər çatdı ki, Koroğlunun oğlu gəlib çıxıb. Özü də necə oğul! Elə bir  bundan hesabını apar ki, Koroğlunun özünü iki dəfə yığıb. İndi Koroğluya batmaq  heç mümkün olmayacaq.

Koroğlunun Ballıca səfəri

Çənlibelə yaz gəlmişdi, təbiət canlanmışdı. Quşlar səs- səsə verib oxuyurdular. Hər tərəf yaşıl dona bürünmüşdü. Koroğlu ilxısını göy otluğa buraxdırmışdı.

Tahir və Zöhrə dastanı

Ustad belə rəvayət edir ki, Qaraman şəhərində iki qardaş var idi. Böyüyünün adı Hatəm Soltan, kiçiyinin adı Əhməd vəzir idi. Hatəm Soltan Qaraman şəhərinin padşahı, Əhməd onun vəziri idi. Mal-dövlətləri bihədd, cah-calalları bihesab idi. Ancaq heç birinin züryəti yox idi ki, öləndə yerlərində qalsın.

“Eyvazın Çənlibelə gətirilməyi” qolu

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Bu səbəbdən Nigar xanım çox qəmli idi. Koroğlu da ona baxıb kədərlənirdi. Aşıq Cünunun işi belə görüb dedi: – Ay qoç Koroğlu, elə buna görə məlulsan? Sənin mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidi. Gedərəm, hər yanı gəzərəm, axtararam, bir Rüstəm kimi igid, Yusif kimi gözəl oğlan taparam, gəlib sənə xəbər verərəm, gətirib özünə oğul eləyərsən. Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar, hamısı razı oldu.