Son əlavə olunanlar

Dastanlar

“Bəkil oğlu İmran” boyu

Bayındır xan yerindәn durmuşdu. Yüksәk evini qara yer üzәrindә ucaltmışdı.Hündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdә ipәk xalçalar döşәtdirmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri toplaşmışdılar.

"Basatın Təpəgözü öldürməsi" boyu

Xanım, bir gün oğuzlar xәbərsiz otururkən yurdlarına düşmәn gәldi. 

"Qazılıq Qoca oğlu Yeynək" boyu

Bayındır xan yerindәn durmuşdu, qara yerin üzәrindә uca evini tikdirmişdi. Min yerdә ipәk xalça döşәnmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri mәclisә toplaşmışdı. Yemәk-içmәk idi. Qazılıq qoca deyilәn bir kişi var idi. Bayındır xanın vәziri idi. Şәrabın tәsiri başına vurdu. 

"Qanlı qoca oğlu Qanturalı" boyu

Oğuzların vaxtında Qanlı qoca deyilәn bir müdrik kişi vardı. Bir igid oğlu vardı. Adına Qanturalı deyirdilәr. Qanlı qoca dedi: «Dostlar, atam öldü, mәn qaldım. Yerini-yurdunu tutdum. Sabahkı gün mәn ölәrәm, oğlum qalar. Bundan yaxşı nә ola bilәr ki, oğul, nә qәdәr ki, sağam, gәl sәni evlәndirim!» Oğlan dedi: «Ata, mәni evlәndirmәk istәyirsәnsә, bilirsәnmi mәnә layiq qız necә olmalıdır?.. Mәn yerimdәn durmadan o durmuş olsun! Mәn Qaracıq atıma minmәdәn o minmiş olsun! Mәn qanlı kafir elinә getmәmiş o gedib mәnә baş gәtirmiş olsun!» 

Duxa qoca oğlu Dəli Domrul boyu

Deyilәnә görә, oğuzların arasında Duxa qoca oğlu Dәli Domrul deyilәn bir igid vardı. 

Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy

Bir gün Ulaş oğlu Qazan bəy böyük bir məclis qurmuş, igidlərlə yeyib içirdi. Birdən Qazan sağına baxdı, qahqah çəkib güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı, oğlu Uruzu gördü, kədərləndi. Bu iş oğlu Uruza xoş gəlmədi. İrəli gəldi, diz çökdü. Dedi: -ağam Qazan! Sağına baxıb güldün, soluna baxıb çox sevindin. Qarşıya baxanda məni görüb kədərləndin. Bunun səbəbi nədir belə?