Son əlavə olunanlar

Odlar Yurdu

Şuşa

Onilliklər keçəcək və təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş gözəllər gözəli Şuşanın başının üstünü həqiqətən dərd-ələm, göz yaşları dumanı alacaq.

İsmailiyyə sarayının tarixçəsi

Bakı gözəl memarlığı ilə həmişə şöhrət qazanıb – tarixi binaların möhtəşəmliyi bu gün də turistləri valeh edir. Gəzinti vaxtı gördüyümüz bu gözəl binaların hər birinin öz tarixi, orada yaşamış insanların öz hekayətləri var.  Bu məqalədə paytaxtımızın ən monumental binalarından biri – hazırda Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin yerləşdiyi İsmailiyyə sarayı haqqında söhbət açacağıq.   

Gövhərağa məscidi

Azərbaycanımızın dilbər guşəsi olan Şuşada yerləşən Gövhərağa  məscidi özünün möhtəşəmliyi  ilə seçilir. O 1883- cü  ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. 

Əlincəqala

Əlincəqala Naxçıvanın - Culfa rayonunun  Xanəgah və Əlincə kəndlərinin əhatəsində, Əlincəçayın sağ sahilində  eyniadlı dağın  zirvəsində  yerləşir. 

Əsrlərin sədası – Gəncə qalası

XVI yüzilliyin II yarısında Osmanlı və Səfəvi imperiyaları arasında baş vermiş döyüşlər Gəncə vilayətini aramsız müharibələr meydanına çevirmişdi. Belə olan təqdirdə Səfəvi qoşunlarına qarşı uğurlu hərbi əməliyyat aparmaq və döyüşlərdə təşəbbüsü ələ almaq üçün Osmanlı qoşununun güclü istehkamı olacaq möhkəm qalanın tikintisinə ehtiyacı var idi. 

Qədim Şamaxının tarixi barədə nə bilirik?

Şamaxı Bakı şəhərindən 118 kilometr aralıda yerləşir. Əhalisi 100 min nəfərdən çox, ərazisi 1667,1 kvadratkilometrdir. Qədim tarixi olan Şamaxının ərazisində aşkar edilən antik şəhər məskənləri son tunc erkən dəmir dövrünə aiddir və tarixşünaslıqda “Xınıslı arxeoloji mədəniyyəti” adlanır.