Son əlavə olunanlar

Odlar Yurdu

Naftalan nefti

Azərbaycan nadir yeraltı və yerüstü sərvətlərlə, neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir. Bunlardan biri də Naftalan neftidir. Qara-qonur rəngli Naftalan nefti müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhurdur. 

Bakının memarlıq inciləri

Bakı şəhəri Azərbaycanın paytaxtı, Xəzər dənizinin mirvarisi, Qafqaz bölgəsində ən böyük ticarət və mədəniyyət mərkəzidir. Bakının salındığı tarix dəqiq məlum deyil. Abşeron yarımadası ərazisində - Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan və başqa ərazilərdə tapılan və eramızdan əvvəl  III-I minilliklərə aid arxeoloji abidələr şəhərin qədim yaşayış məskəni olduğunu sübut edir.  

İlisu

Azərbaycanın şimal qərbində, Böyük Qafqazın cənub ətəklərində, dəniz səviyyəsindən 1400 m yüksəklikdə adı salnamələrdə çəkilən qədim bir kənd yerləşir. Bu İlisu kəndidir. Kənd 8 məhəllədən və əhalinin etnik-sosial tərkibi baxımından və əksəriyyəti türk mənşəli olan 95 nəsildən ibarətdir.  

Qala arxeoloji etnoqrafik muzey kompleksi

Yarımadanın şimal-şərqində yerləşən, beş min illik tarixə malik Qala kəndi qədim tariximizi özündə əks etdirən daş salnamədir. 

Şirvanşahlar saray kompleksi

Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah (hakimiyyət illəri 1417-1462) tərəfindən tikilib. İçəri şəhərdə yerləşən bu saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır.    

Azərbaycan adı nə vaxt və necə yaranıb

Azərbaycan! Bu söz ilk dəfə kimin dilindən çıxıb, onu ilk dəfə kim işlədib? Doğulub boya-başa  çatdığımız torpağın, doğma yurdumuzun, qürur mənbəyimizin adı haradan yaranıb? Bu haqda bir sıra mülahizələr var və onların tarixi çox qədimlərə gedib çıxır.