Son əlavə olunanlar

Odlar Yurdu

Abşeron Milli Parkı

Azərbaycanın ən kiçik milli parkı olan Abşeron Milli Parkı Prezident İlham Əliyevin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. 

Gəncə ətrafında yerləşən göllər

Göy-Göl ərazisində ümumilikdə 19 göl var. Onlardan yeddisi böyük göllər sırasına daxildir. Ən böyüyü Göy-göldür. Göy-göl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8-10 metrdir. 29-31 metr arasında oksigen var. 31 metrdən sonra kükürdlü təbəqədir. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. 76 növü ağac və kol, qalanları çəmən örtüyüdür. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, caqqal, porsuq, oxatan kirpi, cöl pişiyi, vaşaq var. Göldə ‘farel’ balığı da yaşayır.

Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları və Şahbuz Dövlət Təbiət Qoruğunun hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.

Qarayazı Dövlət Təbiət Qoruğu

Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu əraziində — Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılmışdır. 

“Oğlanqala” qədim yaşayış yeri

Oğlanqala – Şərur rayonu ərazisində e.ə. II – I minilliklərə aid yaşayış yeri. Abidə Naxçıvanın ən məhsuldar ərazisində, Arpaçaya birləşik Şərur düzənliyinin şimal qurtaracağındadır. Yaşayış yeri Zəngəzur sıra dağlarının əsas qollarından birinin üzərində yerləşir. Oğlanqalada əsas müdafiə divarları təqribən 10 hektar sahəni əhatə edir, lakin qaladan kənarda məskunlaşma əlavə olaraq 2,5 ha sahəni əhatə edir.  

Gülüstan qalası, Şamaxı

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan, əsası VI əsrin əvvəllərində qoyulan Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalası tariximizin hələ tam açılmayan möhtəşəm, həm də sirli xəzinələrindəndir. Qeyd edək ki, Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. Əlçatmaz yerdə tikilən qala öz möhtəşəmliyi və memarlıq üslubuna görə unikal bir abidədir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qala divarları və bürclər yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib.