Son əlavə olunanlar

Odlar Yurdu

Maarifçi fədailər- Aşurbəylilər

Aşurbəylilər nəslinin kökü qədim türk tayfalarından olan əfşarlara gedib çıxır. Nadir şah 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu indiki Sabunçu, Zabrat və Keşlənin ərazilərində yerləşdirmişdi. Onun dövründə Aşur xan Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşurbəylilər nəsli öz soyadlarım Aşur xan Əfşarın adından götürmüşlər. Aşur xanın beş oğlu olub.

Ağ göl Milli Parkı

Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır.  Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.  

Qızılağac Dövlət Təbiət Qoruğu

Qoruq mövcud təbii komplekslərin olduğu kimi saxlanılmasını təmin edən və dövlət tərəfindən mühafizə olunan ərazidir. Qoruqlarda nadir, yaxud nəsli kəsilməkdə olan bitki və heyvan növləri, eləcə də məhv olmaq təhlükəsi qarşısında qalan təbii komplekslər qorunur.

“Diri baba” türbəsi

“Diri baba” türbəsi Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsində qayaların içərisində abidə yerləşir. Bu abidəni əsas yoldan keçənlərin görməsi çətin məsələdir. Qədim abidənin cənuba baxan bir fasadı var, o biri tərəfləri isə qayanın içərisindədir. Abidə qayada oyulmuş mağarada 1402-ci ildə ağ əhəng daşından tikilib. Bu məlumat binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində əks olunub: hicri 805-ci il.

Şəki xan sarayı

Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi.  Nazim Hikmət

Qum bazilikası

Elmi ədəbiyyatda Qum bazilikası adlanan üçnefli, günbəzli alban məbədi Qax rayonunun Qum kəndi ərazisində yerləşir.