Son əlavə olunanlar

Odlar Yurdu

Səyyahlar Bakı haqqında

Əcnəbi tarixçi, alim, coğrafiyaşünas, diplomat, səyyah və tacirlərin Azərbaycan şəhərləri və sənətkarlığı, ticarəti, ticarət yolları haqqında verdiyi məlumatlar böyük əhəmiyyət daşıyır. Son orta əsrlərdə Azərbaycana gəlmiş və Bakı haqqında gördüklərini yazmış Avropa səyyahlarını xronoloji ardıcıllıqla izləmək yerinə düşərdi.

Qalakənd Qalası

Bu məbəd kompleksi Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. 

Şəmkir – Azərbaycan şəhərinin alman füsunkarlığı

Şəmkir Azərbaycanın şimal-qərbində yerləşən qədim şəhərdir. Münasib iqlimə, bakirə təbiətə, zəngin mədəni və tarixi irsə, inkişaf etmiş infrastruktura malik Şəmkir turistlər üçün olduqca cəlbedicidir. Səyahətçilərin diqqətini bu diyarın tarixinin almanlarla bağlı səhifələri xüsusilə cəlb edir.

Gilan türbəsi

Gilan türbəsi Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsidir. 1979-cu ildə Xaraba Gilan şəhəri yerində aşkar edilmişdir. Şərti olaraq "Gilan türbəsi" adlandırılan bu abidə iri təpənin yamacında yerləşir.

Dənizkənarı Milli Park

Bakının özünəməxsus tarixi-memarlıq xüsusiyyətləri var. Onun bir parçası olan Dənizkənarı Milli Park şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Bakı Bulvarı maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, onun həm tarixi, həm də müasir simasını əks etdirən xüsusi təbii komplekslərdən biridir.

Göyçə mahalı

Pəmbək, Əlibəy, Ağmanqan, Güneydağ, Alagöllərin başı dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin əsas hissəsini təşkil edir. Bölgənin ən mühüm dağ zirvələrini Pəmbək dağında Maymak, Kömürlü, Pirdağ zirvələri, Güneydağ silsiləsində Maralca, Soyuqbulaq, Kirtikdağ zirvələri, Məzrə dağlarında Keytidağ zirvəsi, Ağmanqan dağlarında isə Ağmanqan və Üçtəpələr zirvələri təşkil edir. Dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin aşağı hüdudlarında iki düzənlik – Məzrə və Zəngi düzənliklərini yaradır.