Son əlavə olunanlar

Mədəni irsimiz

Azərbaycan Dövlət Pantomima Teatrı

Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Pantomima üçün heç bir məhdudiyyət yoxdur. 

İlk professional azərbaycanlı qadın rəssam - Maral Rəhmanzadə

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.  

Azərbaycan Dövlət Filarmoniyası

Azərbaycan Dövlət Filarmoniyasənın binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar, orkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı.

Azərbaycanda daş oyma sənəti

İbtidai insanların ilk yaşayış məskənləri (mağara və s.) daşdan olmuşdur. Qadınların ilkin bəzəyi ilkin qələm və lövhədə daşdan olmuşdur. İnsanda rəsm qabilliyyəti və estetik zövqün inkişafında da daş böyük rol oynamışdır.

Akademik Milli Dram Teatrının tarixi

Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi.

Bakı Opera Teatrının tarixi

Bakıdakı opera teatrı üçün tikilən binanın tarixi çox maraqlıdır. 1910-cu ildə Bakıya bir xanəndə qadın gəlir. Səsinin ahəngi, özünün gözəlliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir. Milyonçu Mayılov qardaşlarından böyüyü bu qadına bərk vurulur. Ona brilyant üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar bağışlayır.