Son əlavə olunanlar

Mədəni irsimiz

Şuşada Üzeyir Hacıbəylinin ev muzeyi

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şuşadakı ev muzeyi 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət nazirliyi və Musiqi fondunun dəstəyi ilə fəaliyyətə başlayıb. Müstəqil struktur kimi muzey dörd otaqdan ibarət olub. 

Ağdam Çörək muzeyi

Biz artıq sizi Azərbaycanın erməni barbarları tərəfindən işğal edilən və dağıdılan Ağdam şəhəri ilə tanış etmişik.  Bu gün sizə bir vaxtlar gözəlliyi ilə seçilən Ağdamın ən maraqlı muzeylərindən birindən – Ağdam Çörək Muzeyindən söhbət açacağıq. Ağdamda dünyada ikinci çörək muzeyinin açılması ideyası Sadıq Murtuzayevə məxsusdur. Muzey ilk qonaqlarını 1983-cü il noyabrın 25-də qəbul edib.

Mikayıl Müşfiq

Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi bu sətirlər şair Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül” mənzum nağılındandır. O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. 

Ağdam tarix-diyarşünaslıq muzeyi

Ağdam rayonunda ilk muzey 1962-ci ildə yaradılıb. O vaxt iki otaqdan ibarət muzeydə rayon tarixinə aid edilən 500-dək eksponat toplanılmışdı.

Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi

1991-ci ilin fevralında Şuşada Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi yaradılıb. Hazırlıq mərhələsində muzeyin 550-dək eksponat fondu formalaşdırılmış, ilkin olaraq muzey üçün dövrünün böyük ziyalısı, əslən şuşalı Firudin bəy Köçərlinin evi ayrılmışdır.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi

Molla Pənah Vaqif XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuşdur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına  memar A.V.Salamzadə və E.İ Kanukovun  layihəsi əsasında 1977-ci ildə başlanılmışdır.