Son əlavə olunanlar

Mədəni irsimiz

Kеyqubаd məscidi

Kеyqubаd məscidi Dərviş türbəsi yаnındа оnа bitişik bir məscid-mədrəsə binаsı оlmuşdur. Türbə məscidin cənub hissəsində yеrləşir.

Qarabağın Malıbəyli xalçası

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. 

Muğamın ifası

Muğamın ifası Muğamın ifası iki cür olur: birincisi, vokal-instrumental, yəni ansambl şəklində; belə ansambl keçmişdə "xanəndə və sazəndə dəstəsi" adlanırdı. Müasir musiqi ifaçılığında "muğam üçlüyü" deyilir - klassik muğam üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir.

Simli alətlər

Çeşidinə və geniş yayılmasına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri var. Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə qartalın ağac başında parçaladığı bir heyvanın bağırsaqları dağılaraq ağacın budaqlarına dolaşır.

Qаlа divаrlаrı

Оrtа əsrlərdə Bаkı şəhəri şimаl, şərq və qərb tərəfdən nəhəng ikiqat qаlа divаrlаrı ilə əhаtə оlunmuşdu. Mənbələrin məlumаtınа görə şəhərin cənubdаn, Хəzər dənizi tərəfdən də qala divаrlаrı ilə əhatələnmişdi. Orta əsrlərdə Qala divarında şəhərə 5 giriş qapısı var idi.

İrəvan qalası

İndi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.