Son əlavə olunanlar

Mədəni irsimiz

Səhnəmizin Bülbülü

Azərbaycan musiqi tarixində təkrarolunmaz iz qoyan Murtuza Məmmədov 1897-ci il iyunun 22-də  Şuşada doğulub. Qeyri-adi dərəcədə məlahətli səsinə görə ona Bülbül adı verilmişdi.    

Hüseyn Ərəblinski

Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub.     

Qarabağ xalçaçılıq məktəbi

Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ  bölgəsinin xalçaçılıq məktəbi dağlıq və aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Tuğ, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Bağırbəyli, Dağ Tumas kəndləri əsas rol oynayırdılar.   

Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov

Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.    

Seyid Şuşinski - Şərq musiqisinin incisi

Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər.  Balaca Seyid atasını uşaq yaşlarından itiridiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub.   

Azərbaycanda kitab və kitabxanaçılıq

İnsan təfəkkürünün məhsulu olan kitab eyni zamanda tarixə ayna tutur, bizi keçmişdə baş verənlərdən xəbərdar edir. Hələ kağız olmdığı vaxtlarda qədim Misirdə kitablar papirus qabığı üzərində yazılırdı.