Son əlavə olunanlar

Dağlıq Qarabağ

Leylatəpə yaşayış yeri: Ağdam rayonu

Leylatəpə yaşayış məskəni Qarabağ düzənliyində ətraflı şəkildə öyrənilmiş eneolit dövrü abidələrindən biridir.

İsa bulağı, Şuşa

İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Azərbaycan təbiətinin nadir inciləriindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Topxana meşəsi

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı toprpaqların 20 faizini əhatə edən meşədə palıd, fısdıq, qarağac kimi ağaclar vardı.   

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladı. SSRİ Silahlı Qüvvələrinin Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldu.

Qarabağın tarixi

Dağlıq Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi  beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir.